• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 49 minə yaxın sağlamlıq imkanları məhdud şagirdlər adi məktəblərdə oxuyurlar - Nazir müavini

Azərbaycanda 49 minə yaxın sağlamlıq imkanları məhdud şagirdlər adi məktəblərdə oxuyurlar - Nazir müavini
14.10.2025 13:15

Azərbaycanda hazırda 62 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var və onların böyük əksəriyyəti orta ümumtəhsil məktəblərdə təhsil alırlar. Bu barədə Elm və Təhsil Nazirliyinin müavini İdris İsayev Dayanıqlı İnkişaf Məqsədləri üzrə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

İsayevin sözlərinə görə, hazırda xüsusi təhsil müəssisələrində 3,500-ə yaxın şagird, evdə tədris formasında isə 4,000–9,500 uşaq təhsil alır.

“Bəs qalan uşaqlar haradadır? Təhlillər göstərir ki, onların böyük hissəsi adi ümumtəhsil məktəblərində oxuyurlar. Lakin bəzi hallarda valideynlər uşaqlarının sağlamlıq vəziyyəti barədə məktəblərə məlumat vermirlər, bu da statistikada fərqlərin yaranmasına səbəb olur,” – nazir müavini qeyd edib.

O əlavə edib ki, UNESKO və digər beynəlxalq qurumların statistikalarında yalnız xüsusi təhsil müəssisələrində təhsil alanlar nəzərə alınır, halbuki “reallıqda bu uşaqların təxminən 90 faizi təhsildən yararlanır.”

İsayev vurğulayıb ki, nazirlik inklüziv təhsilin genişləndirilməsini prioritet hesab edir.

“Məqsədimiz sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birlikdə oxumasını və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Yaxın vaxtlarda daha 100 təhsil müəssisəsində inklüziv siniflərin yaradılması planlaşdırılır,” – o bildirib.


Azərbaycan 2020-ci ildən etibarən inklüziv təhsil modelini mərhələli şəkildə tətbiq edir. BMT-nin Uşaq Hüquqları Konvensiyasına və UNESCO-nun təhsildə bərabər imkanlar prinsipinə əsasən, ölkə hökuməti inklüziv tədris mühitinin yaradılması, pedaqoji heyətin hazırlanması və xüsusi ehtiyaclı uşaqlar üçün infrastrukturun yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirir.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol