• $
  • €
  • ₽
  • ₺
  • £

Sinqapura uçan təyyarə Bakıya məcburi eniş edib

Sinqapura uçan təyyarə Bakıya məcburi eniş edib
14.10.2025 21:57

"Singapore Airlines” aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilir ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.

Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini prioritet istiqamət kimi qoruyur.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol