• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin 9 ayında 70 milyona yaxın tibbi xidmət göstərilib

Bu ilin 9 ayında 70 milyona yaxın tibbi xidmət göstərilib
16.10.2025 11:41

TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk 9 ayı ərzində ümumilikdə 18 milyon 625 min 310 müraciət qeydə alınıb. Bu barədə TƏBİB-dən məlumat verilib

Bildirilib ki, müraciətlərdən 391 min 717-si stasionar, 18 milyon 233 min 593-ü ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 4 faiz artım qeydə alınıb.

Yanvar-sentyabr ayları ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 68 milyon 583 min 58 tibbi xidmət göstərilib. Onlardan 8 milyon 783 min 837-si stasionar, 59 milyon 799 min 221-i ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artıb.

Yanvar-sentyabrında cərrahi əməliyyat və prosedurların sayı isə 278 min 222 (259 min 347 stasionar, 18 min 875 ambulator) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 2 % azalma qeydə alınıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə artım qeydə alınıb. Müvafiq dövr ərzində 28 milyon 914 min 799 sayda laborator müayinələr aparılıb ki, onların da 4 milyon 397 min 503-ü stasionar, 24 milyon 517 min 296-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol