• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda kəndlər sıfırdan qurulur - Xüsusi nümayəndə

Qarabağda kəndlər sıfırdan qurulur - Xüsusi nümayəndə
16.10.2025 13:07

Qarabağda salınan yeni kəndlər davamlı urbanizasiya və yaşıl enerji prinsipləri əsasında qurulur. Bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, Agalı kəndi nümunəvi yaşayış məntəqəsi kimi təqdim olunur və yaxınlıqda inşa edilən Məhəmmədbəyli kəndi ilə birlikdə sakinlərə məktəb, uşaq bağçası və xidmət mərkəzlərindən ortaq istifadə imkanı verir.

Hacıyev qeyd edib ki, işğaldan azad edilən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bütün evlər dağıdıldığından hər şey sıfırdan qurulur.

“Bizim əsas hədəfimiz ictimai nəqliyyat üzərində formalaşan, piyada və velosiped yolları ilə təmin olunan, ekoloji baxımdan təmiz və sağlam yaşayış mühitinin yaradılmasıdır. Aralda uşaqlar məktəbə velosipedlə gedə bilirlər,” - Hacıyev bildirib.

Onun sözlərinə görə, kəndlər əsas magistral yollar, logistika mərkəzləri və sənaye zonalarına yaxın salınır ki, bu da həm məşğulluq imkanlarını artırır, həm də yerli sahibkarlığın inkişafına təkan verir.

Hacıyev əlavə edib ki, Zəngilanda 42 MVt gücündə dörd kiçik SES, Cəbrayılda isə 240 MVt gücündə günəş elektrik stansiyası tikilib və yeni layihələr davam etdirilir. 

Ev damlarına günəş panelləri quraşdırılır.

“Əsas məqsədimiz sakinlərin öz doğma yurdlarında müasir infrastruktur, təmiz ekoloji mühit və güclü iqtisadi imkanlarla daimi məskunlaşmasını təmin etməkdir,” – o vurğulayıb.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol