Müsəlman Qardaşlar terrorçu elan edildi

Misirin müvəqqəti baş naziri Hazim əl-Biblavi Müsəlman Qardaşlarının (İxvan) terror təşkilatı elan edildiyini bildirib. Qaynar.info xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi MENA-nın xəbərinə görə, Biblavi Dekhaliyyədə baş verən və 14 nəfərin ölümü, 96 nəfərin yaralanması ilə nəticələnən partlayışdan sonra İxvanın terror təşkilatı elan edildiyini deyib. Misir Nazirlər Qurumunun sözçüsü və baş nazirin mətbuat xidmətinin rəhbəri Şərif Şevki Biblavinin bu qərarı İxvanın qan tökən və Misirin təhlükəsizliyilə oynayan bir terror təşkilatı olaraq pis sifətini ortaya qoymasından sonra verdiyini deyib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























