• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan həmkarına: Mənə saxtakar dedi - Video

Deputatdan həmkarına: Mənə saxtakar dedi - Video
17.10.2025 12:21

Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Respublikasının müstəqilliyinin bərpasına dair tarixi qərarın qəbulunda səsvermə məsələsinə toxunaraq, bununla bağlı həmkarı deputat Tənzilə Rüstəmxanlıya irad bildirilib. 

“Müstəqilliyə 271 nəfər səs verib. Tənzilə Rüstəmxanlının dediyi həmin 43 nəfər isə müstəqilliyin əleyhinə səs verənlərdir. Ona görə də tarixi saxtalaşdırmaq lazım deyil,” – deputat parlament çıxışı zamanı qeyd edib.

Novruzov bu fikirləri deputat Tənzilə Rüstəmxanlının əvvəlki bəyanatına cavab olaraq bildirib.

Parlamentdə məsələ ilə bağlı çıxış edən deputat Tənzilə Rüstəmxanlı isə Siyavuş Novruzovu keçmiş yüksək vəzifəli məmur Ramiz Mehdiyev haqqında zamanında danışmamaqda ittiham edib.

“Siyavuş Novruzov bu gün dövlətə xəyanətdə adı hallanan Ramiz Mehdiyev haqqında 10 il əvvəl çıxış etsəydi, elə bir söz deyərdi ki, bu gün tarixə keçmiş olardı,” –  Rüstəmxanlı bildirib.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Rəsmi sənədlərə əsasən, aktın lehinə 360 deputatdan 258 nəfər səs verib, 43 nəfər isə ya əleyhinə səs verib, ya da bitərəf qalıb. Müzakirələrdə dəfələrlə bu rəqəmlərlə bağlı fərqli interpretasiyalar irəli sürülüb.

 

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol