• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək Məcəlləsinə dəyişikliklər edilir

Əmək Məcəlləsinə dəyişikliklər edilir
24.12.2013 14:08
Azərbaycanın Əmək Məcəlləsinə bir sıra sahələr üzrə xeyli yeniliklər edilir.Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məqsədlə məcəllənin 3-cü, 7-ci, 9-cu, 12-ci, 43-cü, 49-cu maddələrində, o cümlədən məcəllədəki 1-ci əlavədə (əmək müqaviləsinin nümunəvi formasında) ciddi əlavə və dəyişikliklər edilir. Əlavə və dəyişiklərdən 3-cü maddəyə edilən əlavəyə görə, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın elektron informasiya sistemində işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd kimi tanınacaq. 43-cü maddəyə edilən əlavəyə görə, əmək müqaviləsində göstərilməsi məcburi sayılan əsas şərtlər və məlumatlar sırasına daha iki yeni məlumatın əlavə olunması da tələb olunur:- işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi;- işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. Əmək müqaviləsinin nümunəvi formasında isə informasiyalar sırasına işçinin vəzifəsinin adı ilə yanaşı adı, atasının adı və soyadı, sığorta edənin uçot nömrəsi, VÖEN və bir sıra məlumatlar əlavə edilir. Məcəllənin qeyd olunan maddələrinin daha bir sıra əlavə və dəyişikliklər edilir. Bunlar əsasən əmək müqaviləsi, işə götürən və işçinin hüquqları, təsnifatları ilə bağlıdır. Layihə Milli Məclisin dekabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol