• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda tullantıların utilizasiyası üçün yeni zavod tikiləcək – İcra başçısı

Lənkəranda tullantıların utilizasiyası üçün yeni zavod tikiləcək – İcra başçısı
20.10.2025 12:57

Lənkəranda tullantıların idarə olunması sahəsində problemlərin həlli məqsədilə utilizasiya zavodunun tikintisinə 2026-cı ildən başlanacaq. Bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov anews.az-a açıqlamasında bildirib.

Qaraşovun sözlərinə görə, mövcud zibil poliqonu uzun müddətdir ki, şəhər sakinlərinin narazılığına səbəb olurdu.

“Zibil poliqonu kifayət qədər böyük əraziyə yayılıb və utilizasiya prosesi faktiki olaraq həyata keçirilə bilmir. Bu, əhali üçün narahatlıq yaradır", - o bildirib. 

İcra başçısı qeyd edib ki, Nazirlər Kabinetinin 2025-ci il üzrə qərarına əsasən, dövlət-özəl tərəfdaşlığı çərçivəsində utilizasiya zavodunun tikintisi üzrə investisiya layihəsi həyata keçiriləcək. 

"Tikinti işlərinə 2026-cı ildən başlanılması planlaşdırılır. Tender prosedurları və maliyyələşdirmə ayrıldıqdan sonra tikinti mərhələsinə keçiləcək. Mövcud 5 hektarlıq poliqon bağlanacaq və tullantıların toplanması daha geniş əraziyə köçürüləcək. Yeni müəssisədə yalnız tullantıların utilizasiyası deyil, onların təkrar emalı da həyata keçiriləcək.

Oktyabrın 17-də Milli Məclisin deputatı Fariz İsmayılzadə plenar iclas zamanı çıxışında bildirib ki, Lənkəranda bərk məişət tullantılarının idarə edilməsi layihəsi  “Dövlət-özəl tərəfdaşlığı haqqında” mövcud qanuna əsaslanaraq icra olunacaq. 

Deputat vurğulayıb ki, bu təşəbbüs çərçivəsində tullantıların təkrar emalı və idarə olunması sistemi qurulacaq, şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılacaq, əhalinin sağlam həyat şəraiti təmin ediləcək. 

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol