• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir

Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
20.10.2025 17:05

Avropa İttifaqı (Aİ) Rusiyadan təbii qaz idxalına mərhələli qadağa tətbiq etmək qərarına gəlib. Qərar Aİ Şurası tərəfindən Macarıstan və Slovakiyanın vetosundan yan keçərək qəbul olunub.

Yeni sənədə əsasən, Rusiya mənşəli boru kəməri qazı və mayeləşdirilmiş təbii qazın (LNG) idxalı 2028-ci il yanvarın 1-dən etibarən tamamilə qadağan ediləcək.

Qadağa mərhələli şəkildə tətbiq olunacaq.  Belə ki, 2026-cı il yanvarın 1-dən yeni müqavilələrin bağlanması qadağan ediləcək.

17 iyun 2025-dək bağlanmış qısamüddətli müqavilələr 2026-cı ilin eyni tarixinədək qüvvədə qala bilər.

Uzunmüddətli müqavilələr üçün son tarix isə 2028-ci il yanvarın 1-i olaraq müəyyənləşdirilib.

Qərar, Rusiyanın enerji resurslarından siyasi təsir aləti kimi istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır. Aİ 2022-ci ildən bəri Rusiya qazına olan asılılığını azaltmaq istiqamətində addımlar atır və alternativ enerji mənbələrinin diversifikasiyasını sürətləndirib.

Macarıstan və Slovakiya əvvəllər qadağalara qarşı çıxaraq enerji təhlükəsizliyi və iqtisadi zərbələr səbəbilə istisnalar tələb edirdilər. Yeni qərar onların narahatlıqlarını nəzərə alaraq müvəqqəti keçid dövrləri təklif edir.

Aytac 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol