• $
  • €
  • ₽
  • ₺
  • £

Uşağa qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası olubmu? - YENILƏNİB

Uşağa qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası olubmu? - YENILƏNİB
21.10.2025 20:29

(AYNA-nın təqdim etdiyi yeni məlumatlar əlavə edilib)

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü lisenziyaya malik olub  və bu icazə ya “Lisenziyalar və icazələr haqqında” Qanunda müəyyən edilən qaydalar, ya da məhkəmə qərarı ilə ləğv ola bilər. Bu barədə qurumdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

" Sözügedən şəxs taksi fəaliyyəti göstərmək üçün müvafiq sənədlərə sahibdir.  İcazələrin ləğvi “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən edilir. Həmçinin məhkəmənin qərarı əsasında da bu cür icazələr ləğv edilə bilər", - qurumdan daxil olan məlumatda bildirilib.

AYNA-nın məlumatına görə, sözügedən məsələ ilə bağlı araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

Hadisə oktyabrın 20-də Bakının Yasamal rayonu ərazisində baş verib. Bu barədə dərhal açıqlama Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, Yasamal  ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyi üçün saxlanılıb və müvafiq qərarla həbs edilib.

Daxili İşlər Nazirliyinin məlumatında hadisəni törədən şəxsin şəxsiyyəti və avtomobilin dövlət nömrə nişanı açıqlanıb.

AYNA  açıqlamasına görə, qurum  sürücülərin peşəkarlıq səviyyələrini yüksəltmək üçün onları  xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb edir və imtahan əsasında şəhadətnamələr təqdim edir. Daha sonra sürücülər sərnişindaşımaları həyata keçirmək hüququ qazanırlar.

"Sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi tədbirlər görülür. Həyata keçirilən monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, sürücülər xidmətdən kənarlaşdırılır", - məlumatda bildirilib.

İndiyə kimi 58600-ə yaxın şəxs AYNA-nın təşkil etdiyi təlimlərə cəlb olunub.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol