FHN Şamaxıda araşdırmaya başladı

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ətrafında tikilən 2 mərtəbəli binanın rəsədxananın fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlayıb.APA-nın verdiyi məlumata görə, bu barədə AMEA-nın vitse-prezidenti Akif Hacıyev bildirib. A. Hacıyev deyib ki, məktubun sürəti AMEA-ya da təqdim olunub. Məktubda FHN-ə tikinti şirkəti və astrofiziklərlə birlikdə məsələnin araşdırılması tapşırılıb. A. Hacıyev artıq astrofiziklərin rəy hazırladıqlarını nəzərə çatdırıb: “Bu rəylər AMEA-nın prezidenti Akif Əlizadəyə təqdim edilib. Bu rəylərdə qeyd edilib ki, rəsədxana ərafındakı binaların işıqları gecələr teleskopun fəaliyyətinə problem yaradır”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























