• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Naxçıvanda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
25.10.2025 09:53

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, yanacaqdoldurma məntəqəsində taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, elektrik naqilləri yanar konstruksiyaların üzəri ilə çəkilib, yanğın su hovuzu standartlara uyğun olmayıb və yanğınxəbərverici siqnalizasiya sistemi layihə sənədlərinə uyğun quraşdırılmayıb.

Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol