• $
  • €
  • ₽
  • ₺
  • £

Onlayn qumar oyunları üçün bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib - Video

Onlayn qumar oyunları üçün bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib - Video
25.10.2025 13:49

Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadə olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat-texniki tədbirlər həyata keçirilib.Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar.

Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “Telegram” sosial şəbəkəsində ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.

Əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək bildiririb ki, öz bank rekvizitlərinin üçüncü şəxslərə "drop", yəni cinayət faktlarında istifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə edilir.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol