• $
  • €
  • ₽
  • ₺
  • £

Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib

Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib
27.10.2025 13:36

Audiovizual Şura oktyabrın 22-də yayımlanan “Toya gəlmişik” proqramında qohumlararası nikahla bağlı toy məclisinin nümayiş etdirilməsi səbəbindən MTV kanalına inzibati protokol tərtib edərək cərimə tətbiqi üçün məhkəməyə müraciət edib.

Şura bildirib ki, kanalın efirində saat 20:31–21:24 arası yayımlanan proqram “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 9.3-cü maddəsini pozub. Həmin pozuntu toyda xalaoğlu və xalaqızı arasında qohum nikahının nümayiş etdirilməsi ilə bağlıdır.

Bir neçə gün əvvəl digər yayımçı tərəfindən eyni qaydaya zidd pozuntu baş vermiş və həmin yayımçıya xəbərdarlıq olunmuşdu. Audiovizual Şura oktyabrın 24-də “MTV” kanalının aid olduğu “MUZ TV Azərbaycan” MMC-nin səlahiyyətli nümayəndəsini iclasa dəvət edərək inzibati protokol tərtib edib və pozuntu faktını müvafiq məhkəməyə göndərib.

İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən, hüquqi şəxslər bu pozuntuya görə 3 000–4 000 manat məbləğində cərimə oluna bilərlər.

Aytac 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol