• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı Şaxta babaların sayı açıqlandı

Bakıdakı Şaxta babaların sayı açıqlandı
23.12.2013 16:25
Bu günə kimi 18 nəfərə Şaxta baba kimi fəaliyyət göstərməyə icazə verilib. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a bildirib ki, artıq lisenziya alanlar fəaliyyətə başlayıblar.Dövlət rüsumunda heç bir bahalaşmanın olmadığını deyən Ə. Bağırov bu dəfə də lisenziyanın 60 manata verildiyini söylədi.“Onlar 2014-cü il yanvar ayının 13-ə kimi fəaliyyət göstərəcəklər. Şaxta baba kimi fəaliyyət göstərmək üçün lisenziya alanlar artıq iş başındadırlar. Parklarda, Dənizkənarı Bulvarda görə bilərsiniz”.Ötən illərə nisbətən Şaxta baba olmaq istəyənlərin azaldığını deyən Departament sözçüsü onu da bildirdi ki, lisenziya üçün müraciətlər ildən-ilə  azalır. “Ötən il 50 nəfər lisenziya üçün müraciət etmişdisə, bu günə kimi hələ ki, 18 nəfərə lisenziya vermişik. İldən-ilə müraciət edənlərin sayı azalır. Lisenziya almaq istəyənlərin hələ ki heç birindən imtina edilməyib”.Şaxta baba kimi fəaliyyət göstərənlər hər hansı kobudluq hallarına görə cəzalandırılmasına gəlincə, Ə.Bağırov belə bir hala görə heç kimin cəzalandırılmadığını söylədi.“Çünki belə hallar ümumiyyətlə olmur. Onlar buna biznes kimi baxırlar. Şaxta baba, Qar qız, fotoqraf bunlar üçlükdə işləyirlər. Onlar buna biznes kimi baxırlar. Ona görə də heç kimə qarşı kobudluq etmirlər. Əksinə bir müştəriləri çıxan kimi qabağına qaçırlar”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol