• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq

Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
01.11.2025 20:13

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.Bu barədə Panorama.am saytı Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verib.

Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olaraq tətbiq ediləcək.

Bu təşəbbüs 1363-A və 1902-L nömrəli hökumət qərarları ilə təsdiq edilmiş 2021-2026-cı illər üçün dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir. Proqram rus, ingilis, fransız və qonşu ölkələrin dilləri də daxil olmaqla, xarici və regional dillərin tədrisinin genişləndirilməsini nəzərdə tutur.

Vurğulanıb ki, regional dillər 2022-2023-cü tədris ilində erməni məktəblərində üçüncü xarici dil və ya dərsdənkənar fənn kimi tədris olunmağa başlanıb. O dövrdə proqram Ermənistandakı 33 məktəbdə mövcud olub: 13-ü fars dili, 13-ü türk dili, 4-ü Azərbaycan dili, 3-ü gürcü dili tədris edib.

Nazirlikdən əlavə edilib ki, məktəblər təsdiq edilmiş tədris planları və müəllimləri olduqda dil kurslarının tətbiqi barədə müstəqil qərar verirlər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol