• $
  • €
  • ₽
  • ₺
  • £

İçərişəhərdə Zeytun Festivalı davam edir

İçərişəhərdə Zeytun Festivalı davam edir
02.11.2025 09:30

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir.

“Absheron Olive Garden”, “Zire Olives” və “Olivea” şirkətlərinin sponsorluğu ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Tədbirə qatılan Prezidentin köməkçisi Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov festival pavilyonlarını ziyarət ediblər. Rəsmilər Qoşaqala meydanında qurulan stendlərlə tanış olub, yerli istehsalçıların məhsullarını nəzərdən keçirib, zeytunçuluğun inkişafı, yeni istehsal texnologiyaları və məhsul çeşidləri barədə məlumat alıblar.

Azərbaycanın kənd təsərrüfatı sektorunda bu kimi təşəbbüslərin xüsusi önəm daşıdığı, yerli brendlərin tanıdılmasına, kiçik və orta sahibkarların bazara çıxış imkanlarının genişlənməsinə mühüm dəstək olduğu bildirilib.

Son illər ölkəmizdə zeytun bağlarının sahəsinin genişləndiyi, emal müəssisələrinin  modernləşdiyi, festivalın yerli istehsalçıları və istehlakçıları bir araya gətirməsi baxımdan əhəmiyyətli olduğunu qeyd edib.

Festival çərçivəsində retro avtomobillərin nümayişi, tematik sərgilər və zeytundan istifadə üzrə ustad dərsləri keçirilir. Eyni zamanda, İçərişəhərdə fəaliyyət göstərən 17-dən çox restoran tədbirə qoşularaq zeytun və zeytun yağı əsasında xüsusi menyular hazırlayır.

Ziyarətçilər üçün açıq havada yaradılan bu zövqlü ab-hava, İçərişəhərin tarixi mühiti ilə birləşərək, festivalı əsl bayram atmosferinə çevirib. Qonaqlar burada həm milli mətbəxin zənginliyini, həm də yerli istehsalın keyfiyyətini əks etdirən xüsusi təamların dadına baxmaq imkanı əldə edirlər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol