• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə binanı partladacağını deyən şəxsin kimliyi bilindi - YENİLƏNİB

Gəncədə binanı partladacağını deyən şəxsin kimliyi bilindi - YENİLƏNİB
23.12.2013 14:53
Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxs zərərsizləşdirilib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həmin şəxs saxlanılaraq Polis İdarəsinə aparılıb. Polis rəisi, bəzi KİV-də zərərsizləşdirilən şəxsin beş polis əməkdaşını girov götürməsi barədə məlumatları isə təkzib edib. Artıq həmin şəxsin kimliyi də dəqiqləşib. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılaraq Polis İdarəsinə aparılan şəxs 32 yaşlı Əflatun Abdıyevdir. Onunla birgə evdə olan qadının isə 1985-ci il təvəllüdlü Gülnar Nəbiyeva olduğu aşkarlanıb. Onların qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları bildirilir. İlkin məlumatlara görə, hadisəyə onların arasında yaranmış mübahisə səbəb olub. Ə. Abdıyevdən “F-1” əl qumbarası götürülüb. G. Nəbiyeva da onunla birgə saxlanılaraq Polis İdarəsinə aparılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir..------12:53 Binaya sakinlərin girişi qadağan olunub.Gəncənin Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında bir kişi evdə bir qadını girov götürüb.ANN.Az  xəbər verir ki, Kəpəz TV-nin məlumatına görə, o, evin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir.Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Binaya sakinlərin girişi qadağan olunub. Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol