• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda inflyasiya hədəf daxilindədir - Taleh Kazımov

Azərbaycanda inflyasiya hədəf daxilindədir - Taleh Kazımov
04.11.2025 13:07

2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilib. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5,7% təşkil edib. 

Kazımovun sözlərinə görə, bu göstərici Mərkəzi Bankın hədəf diapazonu daxilindədir.

İnflyasiyaya həm təklif, həm də tələb amilləri təsir edib. Xarici mənşəli xərc amillərinin təsiri xüsusilə əhəmiyyətli olub.  Ticarət tərəfdaşlarındakı inflyasiya ölkə daxilində illik inflyasiyanı 3,1 faiz bəndi artırıb. Nominal effektiv məzənnənin təsiri neytral, daxili amillərin təsiri isə artırıcı xarakter daşıyıb. 

Ümumilikdə inflyasiyanın 70%-dən çoxu xarici təklif amilləri hesabına formalaşıb ki, bu da monetar siyasətin manevr imkanlarını məhdudlaşdırıb.

Mərkəzi Bank sədri qeyd edib ki, valyuta bazarında təklif tələbi üstələyib, bu da qiymət sabitliyinə mühüm dəstək verib. 

Cari əməliyyatlar balansının profisitli qalması valyuta bazarında tarazlığı təmin edən əsas amil olub.

Kazımov həmçinin vurğulayıb ki, rezidentlərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 1,6 faiz bəndi azalaraq 2025-ci ilin sentyabrında 29%-ə düşüb, bu da manatın məzənnəsinə dair gözləntilərin sabit və nikbin olduğunu göstərir.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən həyata keçirilən banklararası pul bazarının inkişafı və pul siyasətinin ötürücülük mexanizminin gücləndirilməsi üzrə islahatlar dedollarlaşma tendensiyasını dəstəkləyib.

Kazımov qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında 16,2% artaraq 82,5 milyard ABŞ dollarına çatıb. 

O cümlədən, Mərkəzi Bankın ehtiyatları 11,4 milyard dollar təşkil edib. Strateji ehtiyatlar 37 aylıq mal və xidmət idxalını tam qarşılamaqla beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol