• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyilə “YAŞAT” Fondu şəhid övladları üçün II İntellektual Marafonunu təşkil edib

Azercell-in dəstəyilə “YAŞAT” Fondu şəhid övladları üçün II İntellektual Marafonunu təşkil edib
04.11.2025 15:52

Zəfər Gününün 5-ci ildönümü münasibətilə 50-yə yaxın şəhid övladı Qubada təlimlərə qatıldı

1–3 noyabr 2025-ci il tarixlərində “YAŞAT” Fondunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Quba şəhərində şəhid övladları üçün 2-ci İntellektual Marafon keçirilib.

Vətən müharibəsində qazanılan Zəfərin beş illiyinə həsr olunan bu təşəbbüs 16–23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını bir araya gətirib. Marafonun əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eləcə də  onların arasında bilik  və təcrübə mübadiləsini təşviq etmək olub. 

Marafon çərçivəsində Azercell kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim sessiyası keçirib. Şirkətin mütəxəssisləri gənclərlə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması və onlayn təhdidlərdən müdafiə yolları barədə biliklərini bölüşüblər. Bu təşəbbüs Azercell-in gənclər arasında rəqəmsal savadlılığın artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi silsilə sosial layihələrin davamı olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışları və əyləncə proqramları təşkil olunub. Qaliblər və bütün iştirakçılar mükafat və hədiyyələrlə təltif edilib.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol