• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Bəşirli: Qeyri-neft sektorunun artımı strateji hədəfləri üstələyir

Səməd Bəşirli: Qeyri-neft sektorunun artımı strateji hədəfləri üstələyir
12.11.2025 13:43

 Makroiqtisadi sabitlik Azərbaycanın dayanıqlı inkişafının əsas göstəricilərindən biridir və bu sabitlik maliyyə nizam-intizamının qorunmasına, inflyasiyanın idarə olunmasına və investisiya mühitinin yaxşılaşmasına imkan yaradır. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, formalaşmış əlverişli iqtisadi mühit qeyri-neft sektorunun genişlənməsini, həmçinin iqtisadi artımın sosial rifahla uzlaşdırılmasını təmin edir.

Bəşirli qeyd edib ki, 2022–2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımı 6,1% səviyyəsində gözlənilir ki, bu da “Azərbaycan 2030” strategiyasında müəyyən olunmuş hədəfdən yüksəkdir.

Nazir müavini vurğulayıb ki, ölkədə ÜDM artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun güclənməsi istiqamətində mühüm nəticədir.

Bəşirli əlavə edib ki, şaxələndirmə tədbirlərinin iqtisadi artıma təsiri yaxın illərdə daha aydın hiss olunacaq və bu proses uzunmüddətli dayanıqlı inkişafı dəstəkləyəcək.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol