• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İndoneziya sosial sahədə təcrübə mübadiləsini müzakirə edib

Azərbaycan və İndoneziya sosial sahədə təcrübə mübadiləsini müzakirə edib
12.11.2025 18:14

Azərbaycan və İndoneziya sosial təminat sistemlərinin təkmilləşdirilməsi, inkişafı, ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi perspektivlərinə dair müzakirələr aparılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin İndoneziya Səhiyyə üzrə Sosial Təminat Agentliyinin prezidenti Ali Ghufron Muktinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı məlumat verilib.

Belə ki, görüşdə Z.Mirzəyev Fondun fəaliyyəti, sosial sığorta və sosial təminat sahəsində son illər Azərbaycanda aparılan islahatlar barədə məlumat verib. DSMF sədri eyni zamanda elektron infrastruktur üzərindən əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəfləri diqqətə çatdırıb.

Ali Ghufron Mukti isə ölkəsinin sosial təminatı sistemi, əhaliyə göstərilən sosial xidmətlər və həyata keçirilən tədbirlərdən danışıb.

Həmçinin pensiya sistemlərinin müasir əmək tələblərinə uyğunlaşdırılması strategiyaları, bu sahədə innovativ yanaşmaların tətbiqi və vətəndaş rifahının artırılması sahəsində həyata keçirilən islahatlardan bəhs olunub.

Sosial təminatın cəmiyyətdəki rolu, həyata keçirilən islahatların ən uğurlu nümunələri, hər kəs üçün əlçatan sosial təminat sistemlərinin inkişafında tətbiq olunan innovativ həllər barədə danışıqlar aparılıb

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol