• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə kompüter təminatı 6 şagirdə bir kompüter səviyyəsinə düşəcək — Əmrullayev

Məktəblərdə kompüter təminatı 6 şagirdə bir kompüter səviyyəsinə düşəcək — Əmrullayev
13.11.2025 12:44

 

Azərbaycanda məktəblərin kompüterləşmə səviyyəsi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb və rəqəmsal təchizat genişləndirilir. Bunu təhsil naziri Emin Əmrullayev parlamentdə 2026-cı ilin büdcə müzakirələri zamanı bildirib.

Nazir qeyd edib ki, 2020-ci ildə hər 36 şagirdə bir kompüter düşürdüsə, görülən tədbirlər nəticəsində bu rəqəm 2026-cı ildə 6 şagirdə bir kompüter səviyyəsinə endiriləcək.

“Bu, təhsil sistemimiz üçün çox ciddi dəyişiklikdir. Artıq məktəblərimizdə kompüter çatışmazlığı problemi əsasən həll olunub və növbəti mərhələ hər şagird üçün fərdi cihaz təminatına doğru addım atmaqdır,” — Əmrullayev deyib.

Onun sözlərinə görə, artıq bəzi məktəblərdə bir şagird – bir cihaz modelinin tətbiqinə başlanılıb və bu proses mərhələli şəkildə genişləndiriləcək. 

Nazir bildirib ki, 2030-cu ilə qədər ölkədə bütün məktəblərdə şagirdlərin rəqəmsal təchizat səviyyəsi tam standartlaşdırılacaq.

Əmrullayev həmçinin qeyd edib ki, təhsil sisteminin informasiya texnologiyaları ilə təminatı üzrə geniş proqramlar icra olunur və məktəblərdə interaktiv tədris mühitinin yaradılması üçün əlavə investisiyalar davam edəcək.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol