Sumqayıtda 1 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılır

Sumqayıtda təxminən 1 000 abonentin qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılıb. Bu barədə “Azəriqaz” İB Sumqayıt Qaz İstismarı Sahəsi məlumat verib.
Fasilə 2-ci mikrorayonda yerləşən 3 və 5 nömrəli məktəblərin qaz xəttinin şəbəkəyə qoşulması ilə bağlı aparılan işlərlə əlaqədardır.
Qazın verilişinin işlər tamamlandıqdan sonra bərpa ediləcəyi bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























