• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb

AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb
19.11.2025 15:40

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili “Wi-Fi” xidməti təqdim edəcək. AZAL peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat Inc.” şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

AZAL-dan verilən məlumata görə, saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə (“Airbus A320” ailəsi və uzunməsafəli “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” yüksəksürətli sistemi ilə təchiz olunacaq. “Viasat Amara” yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.

Yüksəksürətli “Wi-Fi” ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki “Airbus A320neo” təyyarəsində quraşdırılıb.

“Viasat” ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin “Dubai Airshow” çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli “Wi-Fi”ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq,” - deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol