• $
  • €
  • ₽
  • ₺
  • £

ÜDM artımının zəif olması narahatlıq doğurur - Deputat

ÜDM artımının zəif olması narahatlıq doğurur - Deputat
19.11.2025 16:29

Bu ilin ilk 9 ayında ÜDM-in çox aşağı templə artması ciddi narahatlıq doğurur. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, region ölkələri ilə müqayisədə Azərbaycan ən zəif artım göstəricisinə malikdir.

“Gündə 200 yeni iş yerinin açılması müsbətdir, amma gündə neçə nəfərin işini itirdiyi barədə məlumat verilmir. Bu da real mənzərəni görməyə mane olur", - o bildirib. 

Deputat həmçinin Bakının Xətai rayonunda yaşanan kommunal problemlərə toxunub. O, bir çox yaşayış massivlərində zirzəmilərin su ilə dolduğunu, binaların damlarının təmir olunmadığını, küçə itlərinin çoxaldığını, həyət işıqlarının işləmədiyini bildirərək, bu problemlərin uzun müddətdir həllini tapmadığını qeyd edib.

Qüdrət Həsənquliyev çıxışında hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan 35 milyon manatın kifayət etmədiyini vurğulayıb.

“Bu vəsaitin bir neçə dəfə artırılmasına ciddi ehtiyac var. Hərbçilər ölkəyə xidmət edir və onların sosial təminatı yüksək səviyyədə olmalıdır",- deputat əlavə edib. 

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol