• $
  • €
  • ₽
  • ₺
  • £

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib
19.11.2025 20:39

“Finnair” aviaşirkətinin Banqkok–Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub.

Ekipaj tərəfindən operativ qərar qəbul edilərək, reys Bakı üzərinə yönləndirilib və təyyarə yerli vaxtla 19:44-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Tibbi xidmət tərəfindən sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və onun vəziyyəti ilə bağlı müvafiq tibbi prosedurlar hazırda davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün reyslər üzrə uçuşların təhlükəsizliyini və sərnişinlərin rifahını təmin etmək məqsədilə beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiya işlərini həyata keçirməyə davam edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol