• $
  • €
  • ₽
  • ₺
  • £

COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar Azərbaycana həvalə olunub

COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar Azərbaycana həvalə olunub
20.11.2025 10:46

COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunub.

COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilib və müsbət qarşılanıb. 

Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbul edilməsi gözlənilən aşağıdakı 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub:

- COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar 

COP30 sədri André do Lago Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mauricio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması səlahiyyətini verib. COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparır. Hazırda hər iki səlahiyyətli nümayəndə intensiv şəkildə Avstraliya və Türkiyə arasındakı danışıqlara vasitəçilik edir, həll yolunu müəyyən etməyə çalışır.

- COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake-GST) ilə bağlı sənədin razılaşdırılması

- COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını verib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol