• $
  • €
  • ₽
  • ₺
  • £

Sümük iliyi transplantasiya mərkəzi ildə 150-yə qədər əməliyyat həyata keçirməyi hədəfləyir

Sümük iliyi transplantasiya mərkəzi ildə 150-yə qədər əməliyyat həyata keçirməyi hədəfləyir
20.11.2025 13:11

Yeni sümük iliyi transplantasiya mərkəzi ildə 150-yə qədər əməliyyat həyata keçirməyi hədəfləyir. Bunu  TƏBİB-in içraçı direktoru Vüqar Qurbanov bildirib.

"Transplantasiya sahəsində beynəlxalq təcrübəyə əsasən, il ərzində 100-dən az sümük iliyi köçürülməsi həyata keçirən tibb müəssisələrinin nəticələri uzunmüddətli dövrdə kifayət qədər effektiv hesab edilmir. Buna görə də, Azərbaycanda yeni yaradılan sümük iliyi transplantasiya mərkəzi qısa müddətdə yüksək nəticələr əldə etmək məqsədi ilə illik əməliyyat sayını minimum 150-yə çatdırmağı planlaşdırır", İcraçı direktor vurğulayıb.

Aytac Zeynalova

 

Mərkəzin həkim heyətinin bildirdiyinə görə, bu hədəfə çatmaq üçün həm təcrübəli mütəxəssislərin hazırlanması, həm də 22 palatalıq xüsusi şöbənin yüksək yüklənməni qarşılayacaq səviyyədətəşkili nəzərdə tutulur. Transplantasiya olunan xəstələrin stasionar qalma müddəti sabit olmadığından, bəzi pasiyentlərin 3 ayadək, bəzilərinin isə 6 ayadək xəstəxanada qalması tələb oluna bilər. Bu səbəbdən palata potensialının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Birinci mərhələdə uşaqlar üstünlük təşkil edəcək

 

Mərkəz rəhbərliyi bildirir ki, ölkədə sümük iliyi transplantasiyasına ehtiyacı olan uşaqların sayı kifayət qədər yüksəkdir. Buna görə də xidmətə başlanılan ilk mərhələdə növbədə olan uşaq pasiyentlərin müalicəsi prioritet olacaq.

 

Bununla yanaşı, şöbədə böyüklərin də müalicəsi nəzərdə tutulur. Xüsusilə onkoloji xəstəliklər, qan xəstəlikləri və digər ağır diaqnozlar üzrə sümük iliyi transplantasiyasına ehtiyacı olan vətəndaşların da müraciətləri qəbul ediləcək.

Mərkəzdən verilən məlumata görə, hazırda əməliyyatların planlaşdırılması prosesi aparılır və növbəti ilin əvvəlindən tam gücü ilə fəaliyyətə başlamaq gözlənilir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol