• $
  • €
  • ₽
  • ₺
  • £

55 minə yaxın istifadəçi adı və şifrə ələ keçirilib- ETX

55 minə yaxın istifadəçi adı və şifrə ələ keçirilib- ETX
21.11.2025 15:24

Elektron Təhlükəsizlik Xidməti ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən “infostealer” tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib. 

ETX-dan  verilən məlumata görə, ilkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib. 

Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır. 

Əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.

ETX bütün təşkilat və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə 1654 “Qaynar xətt”i və ya [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol