• $
  • €
  • ₽
  • ₺
  • £

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
21.11.2025 18:35

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala, Bakı–Cəlilabad, Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın, Bakı–İmişli, Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay, Bərdə–Şəki, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, Uzuntala kəndi – Zaqatala, Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan bildirilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 2025-ci il dekabrın 20-si saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala və Bakı–Cəlilabad istiqamətlərində 6 lot üzrə dekabrın 22-də;

Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Cəlilabad, Bakı–Xankəndi–Laçın və Bakı–İmişli istiqamətlərində 6 lot üzrə dekabrın 24-də;

Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay və Bərdə–Şəki istiqamətlərində 6 lot üzrə dekabrın 30-da;

Gəncə–Qazax və Qazax–Gəncə istiqamətlərində 4 lot üzrə yanvarın 13-də;

paytaxtın 57 nömrəli (Bakıxanov qəsəbəsi – C.Hacıəliyev küçəsi) və 76 nömrəli (Bakıxanov qəsəbəsi dəmir yolu stansiyası – metronun “Neftçilər” stansiyası) şəhərdaxili avtobus marşrutları üzrə 2 lotda yanvarın 13-də;

78 nömrəli (Bakıxanov qəsəbəsi, dəmir yolu stansiyası – Azər Manafov küçəsi), 139 nömrəli (“Koroğlu” NMM – Savalan yaşayış massivi), 189 nömrəli (“Koroğlu” NMM – Nardaran qəsəbəsi) şəhərətrafı və 500 nömrəli (Sumqayıt şəhəri - Bakı şəhəri) şəhərlərarası avtobus marşrutları üzrə, eləcə də Uzuntala kəndi – Zaqatala və Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində 6 lot üzrə yanvarın 16-da baxılacaq.

Qeyd edək ki, Sumqayıt–Xankəndi–Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol