• $
  • €
  • ₽
  • ₺
  • £

Partlayış baş verən plazanın sahibi- Binaya yeraltı qaz sızıb

Partlayış baş verən plazanın sahibi- Binaya yeraltı qaz sızıb
24.11.2025 10:30

Plazada qaz olmayıb. Bunu jurnalistlərə açıqlamasında "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev deyib.

O bildirib ki, ərazidə yol təmir işləri gedir:

"Ərazidə böyük, plasmas boru ilə magistral qaz xətti çəkilib. Burada işləyən traktorlar həmin xətti zədələdilər. Ondan sonra dedilər ki, oranı yamayıblar. Görünür ki, yaxşı yamamayıblar və binaya yeraltı qaz sızıb. Zirzəmiyə qaz toplanıb səhər işçi işığı yandıranda partlayış baş verib".

****

Nərimanovda obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu barədə TƏBİB-fən bildirilib.

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

***

Nərimanovda Əhməd Rəcəbli küçəsindəki partlayışda 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.  Bu barədə TƏBİB-dən bildirilrib.

Əraziyə 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

****

Paytaxtın Nərimanov rayonunda bu gün saat 09:00 radələrində partlayış baş verib. İlkin məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən plazalardan birində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib.

FHN bildirib ki, qurumun 112 qaynar xəttinə obyekt ərazisində partlayışla bağlı məlumat daxil olub. Məlumatdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzi göndərilib.

Hadisənin səbəbləri araşdırılır. FHN əlavə məlumatın veriləcəyini açıqlayıb.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol