Gəncədə evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə evdən ümumilikdə 10 min 500 manat dəyərində pul və qızıl oğurlamaqda şübhəli bilinən 45 yaşlı şəxsin saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı əvvəllər məhkum olunmuş C.Mamedov ev sahibinə məxsus 8 min manat nağd pulu və 2 500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli şəxs qismində tutulub.
Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























