• $
  • €
  • ₽
  • ₺
  • £

Yanğında həlak olan komendantın səs yazısı: Zirzəmi qanunsuz satılıb, restoran saxta sənədlərlə işləyir

Yanğında həlak olan komendantın səs yazısı: Zirzəmi qanunsuz satılıb, restoran saxta sənədlərlə işləyir
24.11.2025 15:58

Noyabrın 21-də Yasamal rayonu, A.Salamzadə küçəsindəki yaşayış binasında baş verən yanğında həlak olan binanın komendantı və sakini Samir Məhəmmədovun faciədən 10 gün əvvəl etdiyi səsli müraciət yayılıb.

Samir Məhəmmədov noyabrın 11-də Bakupost.az-a müraciət edərək binanın zirzəmisinin qanunsuz satıldığı və həmin ərazidə fəaliyyət göstərən “Loft” restoranının saxta sənədlərlə işlədiyini bildirib.


“MTK binanın zirzəmisinin böyük bir hissəsini birinci mərtəbədə yerləşən obyektin sahibinə satdı. O zamandan bəri nə zirzəmimiz var, nə də qarajımız. ‘Loft’ restoranının fəaliyyəti sakinlərin dinc yaşamasına imkan vermir. Restoranın girişi yoxdur. ‘Loft Dent’ adlı klinikaya girirsən, oradan da restorana düşürsən", - səs yazısında qeyd olunub. 

Məlumata görə, Samir Məhəmmədov “Kapital Bank”da layihə meneceri kimi çalışırmış. Yanğın zamanı onun ailə üzvləri də tüstüdən zəhərlənib. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl və həyat yoldaşı Marta Ramazanova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır olaraq qalır. Digər oğlu Danielin vəziyyəti qənaətbəxş hesab olunur.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol