• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda istehlakçılara qaytarılan vəsait 300 min manatı ötüb

Azərbaycanda istehlakçılara qaytarılan vəsait 300 min manatı ötüb
24.11.2025 16:18

Azərbaycanda 2025-cü ilin 10 ayı ərzində istehlakçılara 301 min manatdan çox vəsait geri ödənilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% artım deməkdir. Bu barədə  Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Yusif Tapdıqlı deyib. 

Onun sözlərinə görə, qaytarılan məbləğin artımı daha çox mağazalarda vitrin və kassadakı qiymətlər arasında uyğunsuzluq səbəbilə aparılan araşdırmalarla bağlıdır.

“İstehlakçı vitrində bir qiymət görür, alarkən kassada fərqli məbləğ çıxır. Araşdırmalarımız əsasən bu kimi hallar üzərində cəmlənir. Bu il 51 inzibati xəta üzrə protokol tərtib edilib, onların 90%-dən çoxu istehlakçıların aldadılması ilə bağlıdır”, – Tapdıqlı bildirib.

Agentliyə bu dövrdə 7 mindən çox istehlakçı müraciəti daxil olub. Onların təxminən 1,5 mini aidiyyəti üzrə digər dövlət qurumlarına yönləndirilib, bir hissəsi araşdırma mərhələsindədir və uyğun olmayan müraciətlər üzrə icraat dayandırılıb. Ümumilikdə baxılmış 4,8 min müraciətdən 2,1 mini təmin edilib.

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol