• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq Anar Məmmədli ilə bağı bəyanat yaydı

Baş Prokurorluq Anar Məmmədli ilə bağı bəyanat yaydı
20.12.2013 15:50
Azərbaycan Respublikası Baş Prokurorluğu Anar Məmmədli ilə bağı bəyanat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi» və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. “Lakin son günlər bəzi beynəlxalq təşkilatlar və onların nümayəndələri uydurma mülahizələrə əsaslanan siyasi maraqlarından çıxış edərək A. Məmmədliyə qarşı əsassız ittihamların irəli sürülməsini və onun dərhal həbsdən azad edilməsini tələb edirlər. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş və müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilələr yolverilməzdir və heç bir hüquqi əsası olmayan bu tələbləri Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinə, o cümlədən məhkəmə hakimiyyəti sisteminə daxil olan Prokurorluq orqanlarının fəaliyyətinə təzyiq kimi qiymətləndiririk. A. Məmmədliyə elan edilmiş ittiham bəzi beynəlxalq qurumların iddia etdikləri kimi onun siyasi fəaliyyəti ilə deyil, məhkəmənin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi auditi departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılmış yoxlama nəticəsində Baş Prokurorluğa təqdim etdikləri yoxlama materialları və digər sübutlar əsasında həyata keçirilib. Bundan başqa, A. Məmmədliyə ittiham elan edilən andan onun müdafiə və digər hüquqları cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla təmin edilmiş və bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılmışdır. Hazırda onun hüquqları dörd vəkil tərəfindən müdafiə olunur. Qanunun aliliyi təmin olunmaqla və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qeyd edilən cinayət işi üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - deyə bəyanatda vurğulanır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol