• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat təklif edir ki, dövlət qulluğu prosedurları daha da sadələşdirilsin

Deputat təklif edir ki, dövlət qulluğu prosedurları daha da sadələşdirilsin
25.11.2025 12:33

Dövlət qulluğuna qəbul prosesinin proseduralarının daha da sadələşdirilməsi məqsədəuyğun olar. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Bayramov qeyd edib ki, hazırda Azərbaycanda 27,4 min dövlət qulluqçusu var və onların 30,3%-ni qadınlar təşkil edir. Ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 2% artaraq 1.971 manata çatıb.

Deputat əlavə edib ki, cari ildə həyata keçirilmiş sosial paket həmin kateqoriya üzrə daha yüksək maaş artımlarına imkan yaradıb və hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta əməkhaqqından iki dəfə çoxdur. Bu amil dövlət qulluğuna marağı artıran əsas səbəblərdən biri kimi göstərilir.

Rəsmi məlumatlara görə, dövlət qulluqçularının 7,4%-i inzibati vəzifələrin ali — 3-cü təsnifat kateqoriyalarında çalışır, 92,6%-i isə digər təsnifatlara daxildir. İşçilərin 46,6%-i 7-ci təsnifatda, 22,2%-i isə yardımçı vəzifələrdə fəaliyyət göstərir. Bayramov bildirib ki, bu göstəricilər dövlət qulluğuna qəbulda tələblərin geniş auditoriyaya tətbiq olunmasını göstərir.

Milli Məclis üzvü qeyd edib ki, hazırda dövlət qulluqçularının 69,5%-i 5 ildən artıq iş stajına malikdir. İşçilərin 6,4%-i 1 ilədək, 24,1%-i 1–5 il, 22,9%-i 5–10 il, 18,6%-i 10–15 il, 28%-i isə 15 ildən çox staja sahibdir.

Bayramov əlavə edib ki, aparılan dərinləşdirilmiş islahatlar dövlət qulluğunda yaş strukturuna da təsir edib: hazırda dövlət qulluqçularının təxminən yarısının yaşı 40-dan aşağıdır. Onun fikrincə, bu göstərici dövlət qulluğuna qəbulda keyfiyyət meyarlarının formalaşması baxımından əhəmiyyətlidir.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol