• $
  • €
  • ₽
  • ₺
  • £

Goranboyda döşəməsi çökən bina söküləcək

Goranboyda döşəməsi çökən bina söküləcək
25.11.2025 18:25

Goranboyda döşəmənin çökməsi nəticəsində yararsız hala düşən bina söküləcək.

Bu barədə APA-ya Goranboy rayon İcra Hakimiyyəti başçının birinci müavini, rayon Fövqəladə Hallar komisiyasının sədri Seymur Nazarov bildirib.

Onun sözlərinə görə, qəza baş verən binanın yerində yenisi tikiləcək: "Noyabrın 23-də səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi 4-ünvanında yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının 5-ci blokunun birinci mərtəbəsindəki evlərinin döşəməsi çöküb. Həmin hadisədə 3 nəfər yüngül xəsarət alıb. Dərhal hadisə yerinə rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in və digər qurumların əməkdaşları cəlb edilib. Müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib. Sakinlər təxliyə olunub. Təhulkəsizlik qaydalarına riayət olunmaqla əməliyyat işərinə dərhal başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə baş verən binanın yaxınlığında postlar qurulub. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. FHN qurumlarının verdiyi ilkin rəyə əsasən, binanın tamamilə sökülərək yerində yeni binanın inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Bina sakinlərinin kirayəyə çıxarılması ilə bağlı işlər yekunlaşıb. Sakinlərin kirayə xərcləri dövlət tərəfindən təmin olunacaq".

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol