• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib

Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib
26.11.2025 15:04

Sumqayıtda 1953-cü il təvəllüdlü qadın həkim təyinatı əsasında vurulan “Aktoseril” inyeksiyasından sonra anafilaktik şok keçirərək ölüb. Bu barədə TƏBİB noyabrın 26-da sorğuya cavab olaraq bildirib. 

Qurumun bildirdiyinə görə, qadın yüksək təzyiq səbəbilə Sumqayıt Tibb Mərkəzinin 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib və ona inyeksiya tətbiq edilən zaman vəziyyəti qəfil pisləşib. Tibb personalı protokollara uyğun təcili tibbi yardım tədbirləri həyata keçirsə də, pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Meyit baxış üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

TƏBİB əlavə edib ki, prosedur tibbi təyinat, elektron qeydiyyat və preparatın seriya-nömrə yoxlanışı əsasında sertifikatlı tibb bacısı tərəfindən icra olunub. İnyeksiya otağı anafilaktik şok halı üçün tələb olunan dərman və avadanlıqlarla tam təchiz edilib və bütün müdaxilələr “Təcili Yardım Protokolları”na uyğun aparılıb.

12:06

Noyabrın 25-də Sumqayıtın 45-ci məhəlləsində yerləşən 3 saylı Ailə Sağlamlıq Klinikasında 72 yaşlı qadın iynənin təsirindən ölüb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Şəhər sakini, 1953-cü il təvəllüdlü Nigar Babaxanova, klinikada vurulan iynədən sonra vəfat edib. 

Faktla bağlı müvafiq orqanlar araşdırma aparır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol