• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kirayə gəlirləri üzrə vergi dərəcəsini 14%-dən 10%-ə endirməyi planlaşdırır

Azərbaycan kirayə gəlirləri üzrə vergi dərəcəsini 14%-dən 10%-ə endirməyi planlaşdırır
26.11.2025 14:23

Azərbaycanda mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur.

 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib.

Kirayə bazarı üzrə "ağarmaya" və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14 %-dən 10 %-ə endirilməsi nəzərdə tutulur. Bu, vergi yükünün təxminən 30 % azalması deməkdir.

Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14 %-lik vergi dərəcəsi dəyişməz qalır.

Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol