Məktəblərdə Yeni il şənliyi keçiriləcək - icazə verildi

Orta məktəblərdə Yeni il şənliyinin keçirilməsinə heç bir qadağa qoyulmayacaq. Təhsil Nazirliyinin mətbuat xidməti Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, bu il məktəblərdə Yeni il şənliklərinin keçirilməsinə heç bir məhdudiyyət qoyulmayacaq. “Məktəbin rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında Yeni illə bağlı ümumməktəb tədbiri keçirə bilər. Amma bunun üçün pul yığılmasına ehtiyac yoxdur. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Yeni il bayramı ərəfəsində hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirilərsə, müvafiq şəxslər barədə ciddi tədbir görüləcək”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























