• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda zorakılığın qurbanına çevrilən qadınların sayı artmayıb”

"Azərbaycanda zorakılığın qurbanına çevrilən qadınların sayı artmayıb”
29.05.2020 02:44
"Hazırda ölkəmizdə məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artmayıb. Statistikaya baxsaq, məişət zorakılığın qurbanına çevrilən qadınların sayının azaldığını görərik".APA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, ölkəmizdə aparılan maarifləndirici tədbirlər bu kimi halların azalmasına gətirib çıxarıb: "Burada bir məsələ var ki, əvvəllər bu kimi  hallar daha çox qapalı saxlanılır, onların  haqqında məlumat verilmirdi. Lakin indi  bizim problemlərin aradan qaldırılması ilə bağlı gördüyümüz işlər nəticəsində bu kimi hallar daha çox aşkar edilir. Artıq bu barədə danışdığımıza görə cəmiyyətdə belə təsəvvür yaranır ki, məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artmaqdadır".Belə təsəvvürün yaranmasında KİV nümayəndələrinin də rolunun olduğunu deyən komitə sədri təəssüflə bildirib ki, bir çox hallarda məişət zorakılığı ilə bağlı məsələlər cəmiyyətə populist şəkildə çatdırılır: "Bu cür münasibət mənfi hallara gətirib çıxarır. Əksinə, məsələyə həssas yanaşılmalıdır. Məişət zorakılığına məruz qalanın adını çəkmək onu müzakirə etmək heç də müsbət nəticə vermir. Məsələlərə xüsusi diqqət yetirməli, incə məqamlara incə yanaşılmalıdır".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol