• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 3 gün!

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 3 gün!
28.11.2025 10:37

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat davam edir.

Bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdim edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansıqazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər "Technion" Texnologiya İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində "Red Team" (hücum) və "Blue Team" (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə "Technion" Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: //bit.ly/AKM-7ci-dalga

Qeydiyyat 1 dekabr 2025-ci il tarixinə qədər davam edir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlim proqramından 300-ə yaxın nəfər məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Hazırda ən son iki dalğa üzrə məzunların işlə təmin olma göstəricisi 80 %-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrində tədrisin həyata keçirilməsi, kibermaarifləndirmə, kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri, kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma,yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyin göstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol