• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 491 min nəfəri aktiv məşğulluq proqramlarına cəlb edib – Nazir

Bu il 491 min nəfəri aktiv məşğulluq proqramlarına cəlb edib – Nazir
28.11.2025 10:53

Azərbaycan bu ilin ilk 10 ayında 491 mindən çox şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

Nazirin sözlərinə görə, hesabat dövründə 158 min nəfər işə təmin edilib, 15 mindən çox şəxs 82 peşə üzrə peşə hazırlığına, 16 mindən çox şəxs isə özünüməşğulluq proqramına cəlb olunub.

Bundan əlavə, 302 min nəfərə peşəyönümlü məsləhət xidməti göstərilib.

Əliyev qeyd edib ki, bu göstəricilər əmək bazarında inklüziv və dinamik inkişafın davam etdiyini, xüsusilə gənclərin məşğulluq imkanlarının artdığını göstərir.


Nazir xatırladıb ki, peşə hazırlığı kursları işsiz və işaxtaran şəxslər üçün dövlətin aktiv məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir.

Kursların məqsədi əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması və vətəndaşların müasir bacarıqlar əldə etməsidir.

Azərbaycan 2022-ci ildən “Peşələr Festivalı” və digər peşəyönümlü layihələrlə gənclərin düzgün peşə seçiminə dəstək verir. Bu il 11 şəhər və rayonda keçirilən “PeşəFest 2025” marafonu 95 mindən çox gənc və məktəblini əmək bazarındakı trendlərlə tanış edib və müxtəlif peşələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradıb.

Azərbaycan son illər aktiv məşğulluq proqramlarını genişləndirib; özünüməşğulluq proqramı 2017-ci ildən, peşə yönümü təşəbbüsləri isə 2022-ci ildən etibarən sistemli şəkildə tətbiq edilir. Dövlət məşğulluq siyasəti Qlobal Gənclər Məşğulluğu Təşəbbüsləri ilə uyğunlaşdırılır və rəqəmsal əmək bazarının tələblərinə adaptasiya etmək məqsədi daşıyır.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol