• $
  • €
  • ₽
  • ₺
  • £

Polisin rəftarı barədə qaydalara ciddi yeniliklər edilir

Polisin rəftarı barədə qaydalara ciddi yeniliklər edilir
20.12.2013 12:31
Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərlə polisin rəftarı barədə qaydalara dəyişiklik edilir.Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Polis haqqında” qanunun 23-cü maddəsinin 5-ci bəndinə əlavə və dəyişiklik müzakirəyə çıxarılacaq. Layihəyə görə, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı, harada saxlanıldığı barədə yaxın qohumlarına, yaxud əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefon və digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır. Tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla belə məlumatları tutulan öz təşəbbüsü ilə verməlidir. Əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə, konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyi qeydə alınmalıdır. Maddənin qeyd olunan bəndinin hazırda qüvvədə olan variantı isə belədir: “Tutulmuş və ya həbsə alınmış şəxsin yaxın qohumlarına, onun tələbi ilə iş və ya təhsil yerinə tutulması və ya həbsə alınması barədə təxirə salınmadan məlumat verilməlidir (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir)”. Layihə parlamentin 27 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol