• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev NATO-nun Baş Qərargahında olub

Hikmət Hacıyev NATO-nun Baş Qərargahında olub
28.11.2025 16:07

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib. Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Hacıyev səfər zamanı NATO-nun Şimal Atlantik Şurasının səfirləri və Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Boris ilə görüşüb.

Görüşlərdə NATO Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdikləri görüş xatırladılıb. Tərəflər Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivlərini, Azərbaycanın Alyansa və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri, həmçinin regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol