Salyanda yol qəzası olub, xəsarət alan var

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Ələt–Astara magistralının Salyandan keçən hissəsində avtomobil qəzası qeydə alınıb.
Masallıdan Bakıya hərəkət edən “Ford” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə xəsarət alan “Ford”un sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























