• $
  • €
  • ₽
  • ₺
  • £

Horovlu kənd tam orta məktəbi fəaliyyətə başlayıb

Horovlu kənd tam orta məktəbi fəaliyyətə başlayıb
01.12.2025 19:23

Bu gün Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb.Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Açılışda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkədə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.

Tədbirdə məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, məktəbdə yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib.

Tədbir bədii hissə ilə davam edib. Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol