• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə məzuniyyət qaydalarına dəyişiklik edilir

Ölkədə məzuniyyət qaydalarına dəyişiklik edilir
03.12.2025 14:14

Azərbaycanda əsas məzuniyyət qaydalarına dəyişikliklər təklif edilir. Bu barədə Əmək Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunub. 

Hazırkı qanunvericilik əmək məzuniyyəti dövrünə düşən iş günü hesab olunmayan bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməməsini və ödənilməməsini nəzərdə tutur.

Layihəyə görə, bundan sonra məzuniyyət dövrünə təsadüf edən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü ödənilməyəcək və məzuniyyət günləri kimi hesablanmayacaq. Lakin məzuniyyətin ümumi müddəti bu günlərin sayı qədər artırılacaq.

Sənəddə həmçinin qeyd olunur ki, Qurban və Ramazan bayramları digər iş günü hesab olunmayan bayramla üst-üstə düşərsə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf edərsə, həmin günlər yalnız bir gün kimi nəzərə alınacaq.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol