Bakı metrosunda sərnişin daşınması noyabrda 5%-ə yaxın artıb

2025-ci ilin noyabrında “Bakı Metropoliteni” 20 milyon 501 min 893 sərnişin daşıyıb, bu isə illik müqayisədə 4,93% artım deməkdir. Bu barədə qurumdan bildirilib.
Ötən ilin noyabrında metrodan 19 milyon 539 min 229 sərnişin istifadə etmişdi.
Hesabata görə, noyabrda NFC ilə ödəniş edən sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər təşkil edib — bu, bütün ödənişli keçidlərin 11%-i qədərdir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























